Hakim Ziyeş karyerasını Mərakeşdə davam etdirəcək. Sport24.az xəbər verir ki, 32 yaşlı vinger "Vidad"la razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Azad agent statusunda olan Ziyeş Kasablanka təmsilçisi ilə bütün şərtləri razılaşdırıb. Təcrübəli oyunçu yaxın zamanda yeni klubu ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində "Herenven", "Ayaks", "Çelsi" və "Qalatasaray"ın formasını geyinib. O, son klubu olan Qətər təmsilçisi "Əl-Duhail"dən bu ilin yayında ayrılıb.