Yaroslav Kestl Çexiya millisinin müvəqqəti baş məşqçisi təyin edilib. Bu barədə Sport24.az Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.

 

Kestl Çexiya millisini noyabrın 13-də San Marino ilə yoldaşlıq görüşünə, noyabrın 17-də isə Cəbəllütariqlə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin final oyununa hazırlayacaq. Çexiya millisi hazırda 13 xalla L qrupunda ikinci yerdədir.

 

Kestl baş məşqçi vəzifəsində 2024-cü ilin yanvarından bu vəzifədə çalışan və ötən həftə istefaya göndərilən İvan Qaşeki əvəz edəcək.