Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Atletik" – "Qarabağ" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı bunları deyib:
– Rəqibi təbrik edirəm. Maraqlı, yaxşı oyun alındı. İstərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Hər bir halda, yaxşı mübarizə apardıq. Futbolçularım bunu bacardılar. Oyundan əvvəl dediklərimizin şahidi olduq. Dinamik, sürətli komandaya qarşı oynadıq. Futbolçular üçün asan deyildi. Onların qarşısında möhkəm durdular. İkinci hissədə daha çox riskə getdik və rəqib üçüncü qolu da vurdu. Oyunlar getdikcə rəqiblər daha böyüyür, məsuliyyət artır. Çünki hər bir turdan sonra rəqiblər qələb qazanmaq, xallarını artırmaq istəyəcək. Qarşıda böyük komandalar var. Bu matçlarda yaxşı mübarizə aparmağa çalışacaq, çəkinmədən oynayacağıq.
– Bu görüşü "Benfika" matçı ilə necə müqayisə edərdiniz? Ümumiyyətlə, yaxşı nəticə üçün nə çatmadı?
– İndi dəqiq nəsə fikir bildirə bilmərəm, gərək oyunu yenidən izləyim. "Atletik" 90 dəqiqə dinamik oynadı, təzyiq edə bildi. Komandaları fərqləndirmək istəmirəm. "Benfika" səfərindəki geridönüş burda da ola bilərdi. İkinci hissə oyuna yaxşı başladıq. Sürətli hücumlarımız oldu, amma dəqiqlik çatmadı. Rəqibin ustalığı bizdən daha yuxarı idi. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Burda həm də daha çox güc sərf etdik, daha çox təzyiq var idi.
– Oyunun qırılma anı hansı idi?
– Bəlkə, ikinci qol. İkinci qolu buraxanda istər-istəməz futbolçularda inam itir. Buna baxmayaraq, geri çəkilmədik, daha çox hücumda olmaq, inamlı oynamaq istədik. Bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. "Atletik" üçün oyun daha rahat idi. Onlar ilboyu bu cür təzyiqlə oynayırlar. Bizdə belə oyunlara hazırlıq yüksək səviyyədə keçmir. Mübahisəli penalti epizodunu da qeyd etmək olar. Düzdür, epizodu tam görməmişəm, amma penalti olduğunu deyənlər də var idi.
– Oyunun qırılma anı hansı idi?
– Bəlkə, ikinci qol. İkinci qolu buraxanda istər-istəməz futbolçularda inam itir. Buna baxmayaraq, geri çəkilmədik, daha çox hücumda olmaq, inamlı oynamaq istədik. Bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. "Atletik" üçün oyun daha rahat idi. Onlar ilboyu bu cür təzyiqlə oynayırlar. Bizdə belə oyunlara hazırlıq yüksək səviyyədə keçmir. Mübahisəli penalti epizodunu da qeyd etmək olar. Düzdür, epizodu tam görməmişəm, amma penalti olduğunu deyənlər də var idi.
– Komandaya həddən çox diqqət var. Növbəti rəqiblər daha güclənir. Futbolçuları tonusda saxlamaq nə dərəcə çətindir?
– Əfsuslar olsun, bəzən belə sürətli oyunlarda problemlər yaşayırsan. Klublar sıx qrafikdədir. Futbolçuların nə istirahətə, nə yaxşı məşqə vaxtı olur. 3-4 gündən bir oyunlar keçir. Dünya futbolunda bu halları görürük. Azarkeşlər bəzən daha sürətli, baxımlı futbola baxmaq istəyir. Belə anlarda da zədələr çoxalır. Bizdə neçə illərdir, bu təcrübədə oluruq. Belə oyunlarla sürəti saxlamağa çalışmalıyıq. Çempionatımızda belə ağır azarkeş təzyiqi, sürət, mübarizə yoxdur, çox azdır.
– Xal qazanmaq üçün nə çatmadı?
– Belə oyunçularda futbolçuların ustalığı daha çox önə çıxır. Çox çalışdıq, əziyyət çəkdik, qələbə üçün mübarizə apardıq. "Atletik" sürətli hücum edən komandalardandır və bunu hiss etdik. Futbol səhvlər üzərində qurulub. Bəzən rəqib buna məcbur edir. "Atletik" bu gün çox istəkli idi. Belə matçlar böyük oyunlardı. Kiçik element məğlubiyyətə gətirib çıxarır.
– Nərimanın oyununu necə dəyərləndirirsiniz?
– Məğlub olanda məsləhətlər, fikirlər çox olur, oyunlar daha çox analiz edilir. Bu gün yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün Elvin olsun, Nəriman olsun, rəqibə təzyiq yarada biliriksə, sevinməliyik. Onlara inanmaq, güvənmək lazımdır. Oyunçuya ilboyu təzyiq varsa və meydana çıxıb özünü idarə edə bilirsə, böyük iş görmüş olur. Nərimana son vaxtlarda çox təzyiq oldu. Onun 21 yaşı var. Yanında olmalı, potensialını açmalıyıq. Oyunlara baxsaq, Nəriman qələbələrdə böyük pay sahiblərindən olub. Qol vurub, məhsuldar ötürmə edib. Azarkeşləri də başa düşmək lazımdır, daha artığını istəyirlər. Bugünkü uğurlarımız bu uşaqların meydanda əziyyət çəkmələri sayəsindədir.