Çimərlik voleybolçularımız "Bioderma Pro Beach Tour" açıq çempionatında iştirak edəcəklər. Sport24.az xəbər verir ki, bu gün komanda beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

 

Mersin şəhərində təşkil olunacaq "Bioderma Pro Beach Tour"da ölkəmizi 3 qadın (Səbinə Əlizadə-Lizi Latsabidze; Nərmin Səmədzadə-Fidan Əhmədxanov; Larisa Smetsova-Çinarə Quliyev) və 3 kişi komanda (Vadim Kutukov-Heydər Məmmədli; Nəriman Bayramlı-Muhammad Aslanlı; İbrahim Məmmədov-Aqşin Ağazadə) cütləri təmsil edəcəklər. Yarışda kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin baş məşqçiliyi ilə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, çempionatda iştirak edən komandalar FIVB reytinq xalları qazanacaq.