2 aprel tarixi Azərbaycan idmanında əlamətdar gün kimi yadda qalıb. Sport24.az xəbər verir ki, voleybolun çiçək açdığı bir dövrdə - 2011-ci ilin bu günündə təmsilçimiz beynəlxalq yarışın çempionu olub.

"Azərreyl" komandası "CEV Kuboku"nun qalibi olub. Final görüşündə ölkəmizin iki təmsilçisi "Azərreyl" və "Lokomotiv Bakı" üz-üzə gəlib, "Azərreyl" bu rəqibini də məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırıb. Turnirin üçüncü pilləsində Bakının digər təmsilçisi olan "İqtisadçı" komandası qərarlaşıb. Yarışın 4-cü isə Rusiyanın "Uraloçka" komandası olub.