Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçirilib. Sport24.az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"lı 3:0 hesabı ilə məğlub edib.

 

Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub.

 

Digər görüşdə isə "Turan" UNEC kollektivinə heç bir şans tanımayıb rəqibini eyni hesabla - 3:0 üstələyib.

 

Bu matç isə UNEC-in idman zalında keçirilib.

 

Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.