Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq “Savaria” turnirinə qatılıb. Sport24.az xəbər verir ki, Azərbaycanın turnirdəki ilk rəqibi ev sahibi Macarıstan olub. Oyun macarların 3:2 (25:23; 23:25; 17:25; 25:22; 17:15) hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə Çexiya ilə üz-üzə gələcək.