Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan yığması hazırlığını başa vurub.

Sport24.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçən komandamız burada Türkiyənin U-18 yığma komandası ilə ümumilikdə 12 görüş keçirib. Millimiz bu oyunlarda 8 qələbə qazanıb.