U-18 yığmamızın heyətində dəyişikliklər edilib. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Elnur Cabbarlı zədələndiyi üçün onu "Araz-Naxçıvan"ın üzvü Adıgözəl Əkbərov əvəzləyib. 

 

"Sabah"ın üzvü Ramin Əvəzov və Emin Feyzullayev zədə, Əmir Əliyev oyunların sıxlığı səbəbindən toplanışda iştirak etməyəcəklər.

 

Qeyd edək ki, U-18 aprelin 28-dən mayın 3-dək Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək.