"Ordu" heyətini yeni voleybolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
193 santimetr boya malik braziliyalı Uillian Rabel karyerası ərzində Macarıstan, Qətər və Kiprdə legioner həyatı yaşayıb.
O, Braziliya Superliqasının ən məşhur və köklü klublarından biri olan "Minas"ın yetirməsidir.