Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova "Vaşaş"ın heyətində Macarıstan çempionluğunu qazanıb. Sport24.az xəbər verir ki, "Bekeşçaba" ilə final seriyası 3:0 hesabı ilə Macarıstanın ən güclüsü adını növbəti dəfə qoruyub saxlayan komandanın xeyrinə başa çatıb.
Üçüncü görüş də üç setdə başa çatıb və Abduləzimova 10 xal toplayıb.
Bundan əvvəl "Vaşaş" ölkə kubokunu da qazanaraq qızıl dubl edib.