Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb.

Sport24.az xəbər verir ki, İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey DNİPRO" (Ukrayna) - "CS Volei Alba BLAJ" (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in bu matç üçün təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristofe Lekurun işinə qiymət verəcək.

Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.