Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.
Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib – 3:2.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
15-ci tura fevralın 27-də yekun vurulacaq.