Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi baş tutub. Sport24.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

 

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu (12 kişi, 6 qadın) ilə təmsil olunacaq.

 

Kişilər

60 kq

1/16 final

Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)

Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

66 kq

Nizami İmranov – Minhao Canq (Çin)

Turan Bayramov – Matan Kokolayev (İsrail)

73 kq

1/32 final

Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)

1/16 final

Hidayət Heydərov – Arun Kumar (Hindistan)

81 kq

1/16 final

Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)

90 kq

1/16 final

Murad Fətiyev – Vlad Vişan (Rumıniya)

100 kq

1/16 final

Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)

1/8 final

Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi

+100 kq

1/8 final

Camal Qamzatxanov – Ritik Kumar (Hindistan),

Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi.

Qadınlar

1/16 final

48 kq

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)

Şəfəq Həmidova – Venna Cuanq (Çin)

52 kq

Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

63 kq

Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan);

70 kq

Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kq

Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)

 

Qeyd edək ki, ümumilikdə turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.