Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər. Sport24.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.

 

Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.

 

Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.

 

Heyəti təqdim edirik:

 

Qızlar

52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

63 kq

Nilgün Rzayeva