Türkiyədə İstanbul Həvəskarlar Liqasında keçirilən oyun zamanı kuryoz hadisə baş verib. Sport24.az xəbər verir ki, bu barədə NTV kanalı video yayıb.

 

Komandalardan birinin qapıçısı topa zərbə endirərkən meydanın üzərindən uçan qağayını vurub. Zərbə nəticəsində quş cansız halda meydana düşüb.

 

Matçda iştirak edən oyunçulardan biri özünü itirmədən qağayının yanına qaçıb intensiv ürək masajı etməyə başlayıb. Nəticədə quş hərəkət etməyə və özünə gəlməyə başlayıb.

 

Oyunçu sonda dirilən qağayını tibb işçilərinə təhvil verib.