Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Erlinq Moe çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Sarı-qırmızılar" norveçli mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Erlinq Moe son olaraq "Beşiktaş"da köməkçi məşqçi vəzifəsində çalışıb. 55 yaşlı çalışdırıcı bundan əvvəl isə "Molde"nin baş məşqçisi olub.