Rumıniyalı mütəxəssis Kristian Kivu "İnter"lə müqaviləsini bir il də artırmaq şərti ilə 2028-ci ilə qədər uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media platformasında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, yeni sözləşməyə əsasən Kivunun maaşı da artırılacaq.

 

Qeyd edək ki, rumıniyalı məşqçi ötən ilin iyununda "İnter"in baş məşqçisi təyin olunub. O, əvvəllər "Parma" və "İnter"in gənclər komandalarında çalışıb. Ötən gün onun rəhbərlik etdiyi komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə, "Bodo Qlimt"ə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.