Lionel Messi istəməsə də, "Barselona"nın prezident seçkilərinin mərkəzi fiqurlarından birinə çevrilib. Klubun sabiq futbolçusu prezidentliyə namizəd olan bütün şəxslərin kampaniyalarında dolayı və ya birbaşa şəkildə istifadə olunur. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Messi hələ prosesin əvvəlindən seçki kampaniyalarında iştirak etmək istəmədiyini açıq şəkildə bildirib. Buna baxmayaraq, namizədlər onun adından və imicindən öz maraqları üçün yararlanmağa davam edir.

Qeyd edək ki, "Barselona" klubunun növbəti prezidentlik seçkisi rəsmi olaraq 15 mart 2026-cı il tarixinə keçiriləçək.