İspaniyanın "Barselona" klubu Portuqaliya təmsilçisi "Benfika"da çıxış edən Andreas Şyelderupla maraqlanır. Sport24.az xəbər verir ki, 21 yaşlı norveçli cinah oyunçusunun namizədliyi Kataloniya təmsilçisinin idman direktoru Deku tərəfindən fəal şəkildə nəzərdən keçirilir.
Klub rəhbərliyi futbolçunun çıxışını bəyənib.
Andreas Şyelderup İspaniyanın "Real" klubuna 4:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyunda 2 qol vurmuşdu.