FİFA-nın keçmiş prezidenti Yozep Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu sərt tənqid edib. Sport24.az xəbər verir ki, sabiq funksioner bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Blatterin sözlərinə görə, təşkilatın hazırkı rəhbəri mütləq hakimiyyəti öz əlində cəmləşdirib və kollektivi  qərar qəbuletmə prosesindən faktiki olaraq kənarlaşdırıb:

 

"Bu gün FİFA kimdir? O, yalnız prezidenti İnfantinodan ibarətdir. FİFA diktaturadır! Təxminən 40 üzvü olan FİFA Şurası heç nəyə qərar vermir".

 

Ali futbol qurumunun keçmiş rəhbəri həmçinin İnfantinonu Fransa monarxının liderlik tərzi ilə müqayisə edib:

 

"O, Günəş Kralı (Fransa Kralı XIV Lüdovikin ləqəbi - R) kimi idarə edir. FİFA-dakı insanlardan eşitmişəm ki, o, qərargahda görünəndə heç kimlə salamlaşmaq istəmir".