Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasından məlumat verilib.

 

Bildirilib ki, əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdır. Bir həftə ərzində Azərbaycan komandası Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.

 

Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.

Komandalar arasında Avropa çempionatı 4-15 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək