"Quba" basketbol klubu növbəti transferi həyata keçirib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Komanda ötən mövsümü "Lənkəran"da keçirmiş Varid Ağasızadə ilə anlaşıb.

 

Qeyd edək ki, 21 yaşlı oyunçu daha əvvəl "Sərhədçi" və "Lənkəran" klublarının formasını geyinib.