Seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96-88 hesabı ilə məğlub edən Fransa təmsilçisi "Elan Şalon" Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki, bununla da Paris klubu əsas mərhələdə "Sabah"ın rəqibi olacaq.
Üçqat Azərbaycan çempionu buna görə də B qrupunda "Alba" (Almaniya), "Nimburk" (Çexiya) və "Elan Şalon" (Fransa) ilə qarşılaşacaq. Bu, təmsilçimizin Çempionlar Liqasının qrup mərhələsində debütüdür.
Qeyd edək ki, qrup mərhələsinə oktyabrın 7-də start veriləcək.