"Roma" ilə oyunda meydana çıxan "Nitsa"nın müdafiəçisi Dante Avropa Liqasının tarixinə düşüb. Sport24.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu oyun zamanı 41 yaş, 11 ay və 6 günlük olub.
Bununla da Dante Avropa Liqası tarixinin ən yaşlı futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, Avropa Liqasının ikinci turunda "Nitsa" "Fənərbaxça"
ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 2-də baş tutacaq.