"Real"ın vingeri Vinisius Juniorun "Kral klubu"ndan ayrılacağı ilə bağlı şayiələr günü-gündən artır. Madrid təmsilçisinin rəhbərliyi braziliyalı futbolçunun müqavilənin müddətinin uzadılmasına razılıq verməyəcəyi halda, yayda onu satmağı düşünə bilər.

 

Sport24.az "TBR Football"a istinadən xəbər verir ki, artıq İngiltərənin dörd klubu – "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" Vinisiusun agentləri ilə əlaqə saxlayıblar.

 

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Real"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər.