AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Quba" komandasına xəbərdarlıq edib. Sport24.az xəbər verir ki, III turun "Quba" – "Şəmkir" oyununun 46-cı dəqiqəsində meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub.
Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Quba"ya xəbərdarlıq edilib.