Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" turnirində çıxışını davam etdirir. Sport24.ax xəbər verir ki, blits üzrə turnirdə 9 turdan sonra o, 5 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

 

Rəcəbov yarışın lideri rusiyalı Vladislav Artemyevdən 2,5 xal geri qalır. İştirakçıları qarşıda 9 tur gözləyir.

 

Qeyd edək ki, Teymur rapid üzrə yarışda beşinci yeri tutub. Turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 326 min manat).