Buxarestdə “Supebet Chess Classic Romania” şahmat turniri başa çatıb. Sport24.az xəbər verir ki, Grand Chess Tour – 2023” çərçivəsində keçirilən ilk turnirin qalibi Fabiano Karuana olub.

Əslən italiyalı olan amerikalı qrossmeyster 9 tura 5,5 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub. Hərəyə 5 xal toplayan Əlirza Feruzca, Uesli So, Rixard Rapport və Aniş Giri 2-5-ci yerləri toplayıb.

Maraqlıdır ki, ötən ay Astanada Şahmat Tacı uğrunda yarışda üz-üzə gələn Dinq Lirenlə Yan Nepomnyaşi yarışı aşağı səviyyədə keçirib. 17-ci dünya çempionu adını qazanan Liren 4 xal yığaraq 10 şahmatçı arasında 8-ci yeri tutub. Nepomnyaşi isə 3,5 xalla 9-cu pillədə qərarlaşıb.