Qadın şahmatçılardan ibarət Azərbaycan millisi gürcüstanla yoldaşlıq görüşündə qalib gəlib. Sport24.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.

 

Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

 

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

 

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.