Ukraynanın Olimpiya idman növləri üzrə federasiyaları Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət ünvanlamağa hazırlaşır. Sport24.az xəbər verir ki, martın 9-da bir araya gələcək federasiya rəhbərləri Rusiya idmançılarının beynəlxalq yarışlardan kənarda qalması ilə bağlı qərarın qüvvədə qalmasını müzakirə edəcək.
Onlar birgə bəyanat yayaraq BOK-u yumşalmağa getməməyə səsləyəcək.
Xatırladaq ki, BOK ötən ilin fevralın 28-dən Rusiya və Belaurs idmançılarının beynəlxalq yarışlardan kənarda qalması və ya neytral statusda mübarizə aparması ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq, Tomas Baxın rəhbərlik etdiyi qurum Paris Olimpiadası ərəfəsində fikrini dəyişmək istəyir. Fevralın 9-da Ukrayna Olimpiya Komitəsinin prezidentinə məktub yazan Bax rusiyalı idmançıların Olimpiadadan məhrum edilməsini olimpiya hərəkatına zidd olduğunu qeyd edib.