Tramplindən tullanma üzrə 3 qat Olimpiya çempionu Kamil Stox daha rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı heç bir fikir səsləndirməyəcək. Sport24.az xəbər verir ki, polşalı atlet buna görə ölkəsinin məmurları tərəfindən incidildiyini dolayı yolla etriraf edib: “Artıq bu məsələ haqda danışmayacam. Yaxşısı budur, aidiyyatı qurumlar bu məsələni həll etsin. Rusiyalı idmançılarla eyni turnirlərdə çıxışımızla bağlı fikirlərimi çatdırdım, buna görə başım ağrıdı. Rusiyanın Ukraynanın işğal siyasətini pisləyirəm. Amma idmanda sağlam mübarizə görmək istəyirəm. Bu haqda danışmaq yarışlara hazırlıq planıma təsir göstərdi. Ona görə də bundan sonra ancaq öz işimlə məşğul olacam. Amma bu, o demək deyil ki, Ukraynada yaşananlara göz yumacam, hadisələri izləməyəcəm. Sadəcə, bu mövzuya bir daha toxunmayacam”.