Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşə qatılacaq.

Xatırladaq ki, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu olan Ono Orucov 4 il əvvəl finalda mhz Orucova qalib gəlmişdi.