Tokio-2020 Yay Olimpiya Oyunlarında medal sayında və əyarında qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, ABI yığması olub.

Belə ki, amerikalılar yarışı 112 medalla (39 qızıl, 40 gümüş, 33 bürünc) başa vuraraq hər iki göstəricidə 1-ci olub.

Olimpiadada 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin yığması 2-ci olub.

Medal əyarında 3-cü yeri Yaponiya (27 qızıl, 14 gümüş və 17 bürünc), medal sayına görə isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.