Yaşadığım hər gün idman həyatında hansısa hadisələr baş verir. Bu gündən etibarən Sport24.az "Tarixdə bu gün" adlı rubrikaya başlayır. Gündəlik dərc ediləcək bu yazıda sizlər tarixin bu günündə yaşanmış ən böyük idman hadisəsi ilə bağlı maraqlı məlumatlarla tanış olacaqsınız.

1942-ci ilin bu günündə Uruqvay millisi Amerika Kubokunu qazanıb. Həmin il yanvarın 10-da start götürən turnirin finalında Uruqvay və Argentina yığmaları qarşılaşıb və matç birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun müəllifi 57-ci dəqiqədə Bibiano Sapirayn olub. Bununla da Uruqvay 8-ci dəfə Amerika Kubokunun qalibi adını qazanıb.

Bundan başqa 1984-cü il fevralın 7-də XIV Qış Olimpiya Oyunları start götürüb. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürən Oyunlar fevralın 19-da yekunlaşıb. Medal sıralamasında ilk üçlüyü Şərqi Almaniya (24 medal - 9 qızıl, 9 gümü, 6 bürünc), SSRİ (25 medal - 6 qızıl, 10 gümüş, 9 bürünc) və ABŞ (8 medal - 4 qızıl, 4 gümüş) tutub. Qış Olimpiya Oyunlarında ümumilikdə 49 ölkə 1272 idmançı ilə mübarizə aparıb. 6 idman növü üzrə yarışlar keçirilib.

1998-ci ilin bu günü də möhtəşəm yarışla yadda qalıb. Həmin ildə Yaponyanın Naqano şəhərində Qış Olimpiya Oyunları keçirilib. 72 ölkə olimpiadada medallar uğrunda mübarizəyə qoşulub. Ümumilikdə 2176 idmançı medallar uğrunda yarışıblar. Bu Olimpiya Oyunları Azərbaycanın ilk dəfə qış yarışına qoşulması ilə yadda qalıb. Almaniyanın 29 medalla (12 qızıl, 9 gümüş, 8 bürünc) birinci, Norveçin 25 medalla (10 qızıl, 10 gümüş, 10 bürünc) ikinci, Rusiyanın isə 18 medalla (9 qızıl, 6 gümüş, 3 bürünc) üçüncü olduğu olimpiadada Azərbaycan 4 idmançı ilə bir idman növündə (Fiqurlu konkisürmə) iştirak etmiş və medal qazana bilməmişdi.