Konki qaçışı üzrə olimpiya çempionu Svetlana Jurova Rusiya idmançılarının Paris Olimpiadasında mümkün iştirakı ilə bağlı məsələyə münasibət bildirib. Sport24.az xəbər verir ki, Dövlət Dumasının deputatı həmyerlilərini narahat olmamağa səsləyib: “Beynəlxalq Olimpiya Komitəsinin yüksək çinli məmurlarının bəzisinin müsahibələrini oxumuşam. Kimi dindirirsən, yanlız bu sözü deyir: “Yaya qədər gözləyin”. Yəqin bildikləri nəsə var. Amma çox ümidli danışırlar. Bu məni də ümidləndirir".
Jurovanın fikrincə, hamısı siyasi rəhbərlərin danışıqlarını gözləyir: "Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi imzalandıqdan sonra bizim idmançılar Olimpiadaya bayraq və himnlə qatılacaq. Amma onların bizə görə Olimpiadanı boykot etməsin müzakirə edə bilərik. Çünki edəcəkləri hərəkət absurd görünür. Təsəvvür edin ki, hansısa uşağı Qızıl Meydana çıxarıb ondan soruşuruq ki, “ananı, yoxsa atanı daha çox istəyirsən?” O uşaq hələ də bu sualın onun üçün nə dərəcədə prinsipial olduğunu anlamır. Valideynləri hələ boşanmayıb, amma sən onu seçim arasında qoyursan, hələ üstəlik bunu Qırmızı Meydanda soruşursan. Bizdə də vəziyyət belədi. İdmançıdan soruşurlar ki, vətənini, yoxsa Olimpiadanı seçirsən. İdmançını vətənpərvərliklə sınağa çəkməzlər”.