Rusiya Federasiyasının vəzifəli şəxsləri beynəlxalq turnirlərdə atletlərinin tam hüquqda iştirak edəcəyinə inanır. Sport24.az xəbər verir ki, ölkə prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin hazırda çətin vəziyyətdə olsalar da, vəziyyətdən çıxacaqlarına ümidlidir: “Təəssüf ki, Rusiya idmanı hazırda havasızlıq şəraitindədi. Qarşımızdakı maneələrdən hamı xəbərdardı. Hərçənd, ölkələrin əksəriyyəti bizi dəstəkləyir. Doğrudur, indiki vəziyyətdə idmançılarımız beynəlxalq yarışlarda iştirak edəcək. Sadəcə, problem statusla bağlıdı. Amma idman nazirliyimiz, Milli Olimpiya Komitəmiz və ictimai təşkilatlarımızın idmançılarımızın yolunu açacağına inanıram. Bu gün təkcə idmançılar və məşqçilərimizi mükafatlandırmırıq. Həkimlərimizə və atletlərimizin iştirakı üçün kargüzarlıq işləri ilə məşğul olanlara da minnətdarıq”.

Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov isə Beynəlxalq Olimpiya Komitəsinin Paris Olimpiadasına qədər statuslarını bərpa edəcəyini bildirib.