Rusiyanın idman gimnastları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) şərtləri altında Paris Olimpiadasında yarışmayacaq. Sport24.az xəbər verir ki, bu barədə ölkənin millisinin məşqçisi Valentina Rodionenko məlumat verib: “Mən ancaq gimnastika adından danışa bilərəm. Doğrudur, hazırda Milli Olimpiya Komitəsi və İdman Nazirliyi ilə məsləhətləşmələr aparılır, amma sizə əminliklə deyə biıərəm ki, BOK-un açıqladığı şərtlər altında Olimpiadaya qatılmayacağıq. Rusiyanın heç bir gimnastı öz vətəninə xəyanət etməyəcək!”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya üzgüçülərinin də BOK-un açıqladığı şərtlər altında Paris Olimpiadasına yollanmayacağı məlum olmuşdu.