Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya ilə bağlı qərarına fikir bildirib. Sport24.az xəbər verir ki, Peskov rusiyalı idmançıların olimpiadada iştirak etməmələrini ədalətli qərar hesab etmədiyini bildirib.
"Rusiya və Belarus idmançılarının olimpiadada iştirak etməmələri ilə bağlı verilən qərar ədalətli deyil. İdmançıların beynəlxalq yarışlarda iştirak etmək hüququ var" - deyə, Peskov bildirib.