Almaniya Olimpiya Komitəsinin rəhbəri Torsten Burmester Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxılması məsələsinə münasibət bildirib. Sport24.az xəbər ki, indiki vəziyyətdə bunun yolverilməz olduğunu söyləyib: “Fikrimizə görə, indi Rusiya və Belarus pasportlarını daşıyan idmançıları beynəlxalq yarışlara buraxmaq olmaz. Doğrudur, idmanın məqsədi körpü yaratmaq, olimpiya hərəkatının hədəfi bütün düyna insanları arasında vəhdət yararmaqdır. İdmançılar yaşından, cinsindən və milliyətindən asılı olmayaraq yarışmalı və ölkə rəhbərliyinin hərəkətlərinə görə cəzalanmamalıdır. Biz öz mövqeyimizi ortaya qoymuşuq. Yalnız sərt tələblər çərçivəsində onların yarışlara buraxılmasına razıyıq. Məsələn, Parisdə ruslar və belaruslular bayraq, himn və milli simvollarından məhrum olmalıdır. Onların neytrallığına təminat verilməlidir. Hələ ki, buna necə zəmanət verəcəklərini təsəvvür edə bilmirik".

Burmester Pxençxan, Tokio və Pekin Olimpiadalarında yaşananların Parisdə təkrarlanmasını istəmədiklərini vurğulayıb: "Bununla yanaşı, Ukraynada işğalçılıq siyasətini dəstəkləyənlər də Olimpiadaya buraxılmamalıdır. Dopinq-testlərə də həssas yanaşmalıyıq. Onların hamısı yoxlanılmalıdı”.