Rusiya Paralimpiya Komitəsi Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıb. Sport24.azxəbər verir ki, müraciətdə Paris Paralimpiya Oyunlarından əvvəl rusiyalı əlil idmançıların diskrimanisyaya uğramaq təhlükəsi ilə üzləşdiyi bildirilib.

Qurumun fikrincə, Rusiya paralimpiyaçıları heç bir əsas olmadan beynəlxalq yarışlardan kənarda qalıb. Bu təhlükə Parisdəki Paralimpiya oyunlarında da onları gözləyə bilər. Yeri gəlmişkən, eyni məktub YUNESKO, BMT-nin Əlillərlə bağlı Komitəsinə, Beynəlxalq Paralimpiya Komitəsinə və həmçinin 182 ölkənin Paralimpiya Komitəsinə yollanıb.

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsi sentyabr ayında Rusiya və Belarus paralimpiyaçıları ilə bağlı qərar qəbul edəcək.