Fransa Press Agentliyinin fotoqrafı Jerome Brouillet tərəfindən çəkilmiş sörfçü Qabriel Medinanın heyrətamiz kadrı interneti silkələyib. Sport24.az xəbər verir ki, həmin kadrın çəkilməsindən bir neçə dəqiqə əvvəl braziliyalı idmançı Tahitidə iki metrlik nəhəng dalğalarda inanılmaz 9.90 xal toplayaraq Olimpiya rekordunu qırdı.

 

Şəkildə Medina, lövhəsini ataraq rekord sörfünü qeyd edərkən, göyə qaldırdığı qolu ilə havada süzürmüş kimi görünür.