Fransa höküməti gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesinə start verib. Sport24.az xəbər verir ki, Fransa mətbuatı Olimpiada zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə başqa ölkələrin hüquq mühafizə orqanlarının əməkdaşları da Parisdə fəaliyyət göstərə biləcəyini yazıb.

Ölkənin idman naziri Ameli Udea-Kastera hökümətin bu istiqamətdə çalışdığını bildirib. Məsələ ondadır ki, hazırda Fransada kadrlarla bağlı çatışmazlıq var. İlkin versiyaya görə, Parisdə təhlükəsizliyi təmin etmək üçün 22000 hüquq-mühafizə əməkdaşına ehtiyac var.

Hazırda Fransa höküməti bu istiqamət üzrə dövlət fondundan 13 milyon avro vəsait ayırmağı planlaşdırır.