2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi davam edir. Sport24.az xəbər verir kİ, hazırda dünya idman ictimaiyyətinin əsas gündəm mövzusu Rusiyanın 4 illiyin nəhəng idman yarışında təmsil olunub-olunmayacaq məsələsidir.

Hətta bəzi ölkələr indidən Rusiyanın qatılacağı halda Olimpiadanı boykot edəcəkləri ilə bağlı BOK-a xəbərdarlıq da edib. Hərçənd, hələ də bu məsələ ilə bağlı ortaq məxrəcə gələn yoxdu.

Yeri gəlmişkən, Paris şəhərinin meri Ann İdalqo da məsələyə münasibətini bildirib: "Rusiya idmançılarını Parisdə görmək istəməzdim. Ukraynada müharibə davam edirsə, ruslar hələ də işğaldan əl çəkmirsə, onların idmançılarını Parisə dəvət etmək doğru olmazdı. Mövqeyimi bilmək istəyirsinizsə, bunun əleyhinəyəm"