Azərbaycanın əslən ukraynalı qadın karateçisi İrina Zaretska Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişə barədə paylaşım edib. Sport24.az xəbər verir ki, Tokio-2020-nin gümüş mükafatçısı şəxsi "İnstagram" hesabında bunları yazıb: "Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir. Bu, müharibədi. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".