Rusiyanın Xarici İşlər Nazirliyi Kanadanın bir sıra vətəndaşına qarşı fərdi sanksiyaların tətbiqi ilə bağlı bəyanat yayıb. Sport24.az xəbər verir ki, bir sıra idmançılar, o cümlədən fiqurlu konkisürmə üzrə Olimpiya çempionları Meqan Dyuamel və Tessa Virtu da siyahıya düşüblər. Ümumilikdə Kanadanın 333 vətəndaşı üçün Rusiyaya giriş qadağan olunub.

Nazirliyin bəyanatında bu addımın rəsmi Ottavanın düşməncəsinə münasibətinə cavab olaraq atıldığı və ölkədə azğın rusofobiyanı yayan şəxslərə aid edildiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Olimpiya çempionları Meqan Dyuamel və Tessa Virtu, həmçinin, bir sıra digər kanadalı atletlər rusiyalı idmançıların gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşmasını tələb edən məktubu imzalayıblar.