2020-ci ildə Tokio Olimpiadasında bürünc medal qazanan ağırlıqqaldıran İqor Son ağır cəzaya məruz qalıb. Sport24.az xəbər verir ki, qazaxıstanlı atlet ötən il antidopinq qaydalarını pozduğuna görə 8 il müddətinə diskvalifikasiya olunub.

Onun orqanizmində qadağan olunmuş metasteron maddəsi aşkarlanıb. Sonun cəza müddəti 2030-cu ilin martın 30-da bitəcək.

Xatırladaq ki, İqorla yanaşı daha 5 qazaxıstanlı ağırlıqqaldıran da dopinq qəbul etməkdə ittiham olunur.