Beynəlxalq idman ictimiayyəti BOK-u Rusiya və Belarusa qarşı loyal münasibət bəsləməkdə ittiham etdiyi vaxt Belarus prezidenti Aleksandr Lukaşenko bu qurumun onlara qarşı çıxdığını düşünür. Sport24.az xəbər verir ki, onun fikrincə, Tomas Baxın rəhbərlik etdiyi qurum bu iki ölkəyə badalaq vurmaq istəyir: “Artıq maskalarını atıblar. BOK və Bax səlaihyyətlərimizin olmasından danışırdı. Səlahiyyətlərimiz varsa, onda qərar qəbul edin. Məsələ heç də rəmzlərdən, bayraqlardan və himnlərdən getmir. Siz ömrünü idmana həsr edən insanları mübarizədən qoparırsız".

Lukaşenko hesab edir ki, onlar insan taleyi ilə oynayır: "Bax özü böyük idmançıdı. O, məgər bir idmançının yarışdan kənarlaşdırılmasının nə demək olduğunu anlamır? İdmançılar haradasa müharibə aparan quldurlardır? Onlar meydana çıxıb “gəlin müharibə edək, gəlin öldürək” deyə qışqırırlar? Onlar ki bunu etmir. İdmançıların nə günahı? Sadəcə, hər tərəfdən bizi təzyiq altında saxlayırlar. Hədəf bizimlə Rusiyanı boğmaqdır. Onlar bizi bu planetdən silmək istəyir. Bu baş verməyəcək!”.