Avropa İdmançıları Olimpiya Komitəsinin nümayəndəsi Herd Kanter hansısa ölkələrin Rusiya və Belarusa görə Olimpiadaları boykot etmək hədəsi ilə bağlı məsələləsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, estoniyalı funksioner kimlərinsə idmançıların yerinə qərar qəbul etmək haqqının olmadığını söyləyib: : “4 il bir idmançı üçün çox uzun vaxtdır. Hansısa idmançı formada olduğu vaxt Olimpiadadan kənarda qalsa, bu onun karyerası üçün zərbə olacaq. Heç bir qurumun öz idmançısının yerinə qərar qəbul etmək haqqı yoxdu. Hər bir idmançı Olimpiadada iştirakı ilə bağlı qərarı özü verməlidir”
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxıla biləcəyini istisna etməyib. Nəticədə Avropanın bir neçə ölkəsi BOK-u boykotla hədələyib.