Dünya idman ictimaiyyəti Rusiya idmançılarının gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxdığı məqamda fransızlar tam fərqli fikirdədi. Sport24.az xəbər verir ki, "Odoxa”nın keçirdiyi sorğunun nəticələrinə görə, Fransa sakinlərinin 72 faizi rusiyalı idmançıların Paris Olimpiadasında iştirak etməsini istəyir.
Onların 44 faizinin fikrincə, ruslar neytral statusda Olimpiadada mübarizə aparmalıdı. 28 faizin fikrincə isə bu ölkənin atletləri öz bayraqları ilə 4 illiyin nəhəng yarışına qatılmalıdı.
Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək.